DÜNYA


Rəcəb Tayyib Ərdoğan: Dünyanın 88 ölkəsindən zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı mesajları çatdırılıb

İzmir, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti qardaşım İlham Əliyev, Pakistan, Yunanıstan və digər dövlətlərin baş nazirləri və rəsmi şəxsləri olmaqla, ümumilikdə 88 ölkənin rəhbər şəxsləri baş vermiş zəlzələ ilə bağlı ölkəmizə başsağlığı mesajlarını çatdırıblar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

Hadisə zamanı yaralanan vətəndaşlardan 218 nəfərin müalicəsinin davam etdiyini deyən Türkiyə Prezidenti, bu şəxslərdən səkkizinin reanimasiya şöbəsində olduğunu bildirib.

“İndiyə qədər 103 nəfər dağıntılar altından çıxarılıb 37 nəfər həlak olub. Zəlzələ baş verən andan hər sahə üzrə nazirliklər gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Bölgəyə 24 milyon türk lirəsi dəyərində yardım göndərilib. Nazirliklərin göstərişinə əsasən, bu məbləğ artırılacaq. Dağıntıların aradan qaldırılması işləri davam edərkən bölgədə yenidənqurma işləri ilə bağlı araşdırılmalar aparılacaq və ən qısa zamanda vətəndaşlarımız üçün yeni evlərin inşasına başlanacaq. Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək. Bölgədə bu həftə ərzində tədris-təlim prosesi dayandırılıb. Seysmik vəziyyətdən asılı olaraq bunun uzadılması da istisna deyil. Hazırda bölgəyə üç minə qədər çadır gətirilib”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İzmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.