SİYASƏT


Rəcəb Tayyib Ərdoğan: Ermənistan ikinci atəşkəsi də pozaraq Azərbaycana hücumlar etdi VİDEO

Ankara, 18 oktyabr, AZƏRTAC

Qarabağda yaşananlar bizə ayrı-seçkiliyin göz yaşlarından başqa bir nəticə gətirmədiyini göstərib. Biz elə buna görə azərbaycanlı qardaşlarımızın yanındayıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) Şırnak təşkilatının konfransındakı çıxışında səsləndirib.

Minsk qrupunun fəaliyyətsizliyini sərt şəkildə qınayan Rəcəb Tayyib Ərdoğan deyib ki, azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparırlar. Bu, onların haqq işidir. “Rəbbim yardımçıları olsun. İnanıram ki, işğal altındakı bu torpaqları ermənilərdən qurtaracaqlar. İnşallah, bunu uğurla başa gətirsinlər”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Dövlət başçısı bildirib ki, ikinci dəfə atəşkəs elan olunsa da, Ermənistan yenə Azərbaycana hücum etdi. Avropa hələ də səsini çıxarmır, Türkiyə isə susmayacaq. Biz haqqın və haqlının yanındayıq.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.