DÜNYA


Rəcəb Tayyib Ərdoğan: Gələn il milli elektrik lokomotivimizin istehsalına başlayacağıq

İstanbul, 9 oktyabr, AZƏRTAC

İnkişafın əsas təməli olan rabitə və nəqliyyat sahəsinə qoyulan investisiyalar baxımından uzun bir yol qət edilib. Dünən qarşıya qoyulan məqsədlərin çoxu bu gün tamamlanmış layihələr sırasındadır. Tamamlanan layihələrlə yanaşı, həm də gələcək üçün etməli olduğumuz işləri, çatışmazlıqları, inkişaf etməkdə olan və dəyişən dünyanın yeni ehtiyacların görürük. Xüsusilə son illər qarşılaşdığımız qlobal böhranlar öz reallıqlarını ortaya qoyur. Bu vəziyyət digər sahələrlə yanaşı nəqliyyat və rabitə sektorunda da ciddi dəyişikliklərə və yeni istiqamətlərin yaranmasına səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən XII Nəqliyyat və Rabitə Şurasının Sağlam Düşüncə Konfransında çıxışı zamanı bildirib.

Ölkədə nəqliyyat sektoruna qoyulan investisiyalar haqqında məlumat verən Türkiyə Prezidenti 2022-ci ildən Türkiyənin milli elektrik lokomotivinin istehsalına başlanılacağını bildirib.

Xatırladaq ki, üç gün davam edən konfransda ölkəmiz nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.