SİYASƏT


Rəcəb Tayyib Ərdoğan: Qardaş Azərbaycan bu il Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırıb

Bakı, 27 may, AZƏRTAC

Qardaş Azərbaycan bu il Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırıb. Türkiyə də “kədərini öz kədəri” hesab etdiyi Azərbaycanın bu xoşbəxtliyini böyük sevinc hissi ilə bölüşür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikində ifadə olunub.

“Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi "Bir millət, iki dövlət" ruhu ilə daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnuniyyət duyuram. Qardaşlıq və əməkdaşlığımızın regionumuzda sülh, sabitlik və rifahın ən böyük təminatı olduğuna inamım qətidir”, - deyə Türkiyə Prezidenti qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.