DÜNYA


Rəcəb Tayyib Ərdoğan: Türkiyə Rusiyadan imtina edə bilməz

Bakı, 19 may, AZƏRTAC

Türkiyə Rusiya ilə münasibətlərdən, Rusiya qazından imtina edə bilməz, bu, strateji məsələdir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə gənclərlə görüşündə bildirib.

“Bizim hər iki tərəflə (Rusiya və Ukrayna – red.) əlaqələrimiz var. Rusiya ilə nüvə enerjisində bir addımımız var. Gələn il “Akkuyu” atom elektrik stansiyasını bitirib, acacağıq. Bu, bizim üçün çox ciddi mənbədir. Hazırda istehlak etdiyimiz qazın 50 faizini Rusiyadan təmin edirik. Bu, strateji önəm daşıyan münasibətlərdir, biz bu münasibətləri kəsib ata bilmərik”, - Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündəki çıxışında belə deyib.

Türkiyə Prezidenti bildirib ki, onun nə Rusiya lideri, nə də Ukrayna Prezidenti ilə münasibətləri kəsmək niyyəti yoxdur.

“Həm Putinlə, həm də Zelenski ilə telefon diplomatiyasını davam etdirirəm. Xüsusi nümayəndəmi onların yanına göndərdim və göndərirəm. Biz öz siyasətimizi davam etdirəcəyik”, - deyən Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, “bölgədə bir sabitlik elementi olacaq dövlət varsa, bu da Türkiyədir, bunu qorumağa məcburuq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.