DÜNYA
Rəcəb Tayyib Ərdoğan: Türkiyəyə qarşı bütün ədalətsizliklərin əsasında ikili standartlar dayanır
Ankara, 7 noyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana rəsmi səfərə gedib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin dövlət başçısı səfərdən əvvəl Ankaranın “Esenboğa” hava limanında mətbuat konfransı keçirib.
Səfərin məqsədi barədə geniş məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin terrorla mübarizədə geri addım atmayacağını bildirib. Suriya ərazisində keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatında Türkiyəni dəstəkləyən ölkələrə minnətdarlığını ifadə edən Prezident, eyni zamanda, bu haqq işində ədalətsizlik edənlərə sərt münasibət bildirib. Diqqətə çatdırılıb ki, Türkiyəyə qarşı bütün ədalətsizliklərin əsasında dünyadakı ikili standartlar dayanır.
Prezident Rəcəb Tayyib Ərdoğan, həmçinin jurnalistləri maraqlandıran digər sualları da cavablandırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara