Rəcəb Tayyib Ərdoğan: Zəngəzur dəhlizi məsələsini sürətlə həll etməyimiz Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsinə imkan verəcək VİDEO

Bakı, 13 iyun, AZƏRTAC
Zəngəzur dəhlizi məsələsinin həlli bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlarla Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələr də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin güclənməsinə imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.