SİYASƏT


Rəcəb Tayyib Ərdoğan: ermənilər türklərə qarşı yüzdən çox terror aktı törədiblər VİDEO

Ankara, 30 oktyabr, AZƏRTAC

ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qəbul etdiyi qətnamənin Türkiyə üçün heç bir anlamı yoxdur. Bu sənədə səs verələr bilməlidirlər ki, ermənilər keçmişdə xalqımıza qarşı ağır terror aktları törədiblər.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edərkən səsləndirib.

Dövlət başçısı diqqətə çatdırıb ki, saxta “erməni soyqırımı” mövzusu Türkiyəyə qarşı məqsədli və uydurma bir təzyiq vasitəsidir. Türkiyə dəfələrlə arxivləri açmağa hazır olduğunu bəyan edib. Bu məsələ ilə bağlı Türkiyə arxivlərində bir milyondan çox tarixi sənəd var. Ermənilər isə indiyədək ortaya heç bir sənəd qoya bilməyiblər. Çünki gerçəkdə belə bir fakt yoxdur.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, erməni terror təşkilatları 1970-ci ildən başlayaraq dünyanın 21 ölkəsində Türkiyənin diplomatik nümayəndəliklərinə və təmsilçiliklərinə qarşı yüzdən çox terror aktı həyata keçiriblər. Bu terror aktlarında 40 nəfərdən çox türkiyəli diplomat və dövlət adamı həlak olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.