İDMAN


“Record club” futzal klubu Yüksək Liqada ilk qələbəsini qazanıb

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də futzal üzrə Yüksək Liqanın ikinci turu çərçivəsində “Alyans” komandası “Record club”u qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Olimpk Star”da təşkil olunan matç “Record club”un 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Xəlil Xəlilovun idarə etdiyi oyunda qalib komandanın heyətində Alireza Bohlouli dubl edib, Mehrdad Sadeghi, Matin Qahremani, Hasan Ali Jafari və Mohsen Babaei hərəyə bir dəfə fərqləniblər.

İlk turda “Record club” klubu “Araz-Naxçıvan”a 2:4, Lənkəran təmsilçisi isə “Baku Fire” komandasına 8:10 hesabı ilə uduzub.

İkinci tur çərçivəsində keçirilən görüşlərdə “Baku Fire” komandası “Xilə”yə 7:5, “Araz-Naxçıvan” isə “Neftçi”yə 4:1 hesabı ilə qalib gəlib.

Tura oktyabrın 8-də keçiriləcək EKOL–U-19 oyunları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.