İDMAN


“Red Bull Cliff Diving” suyatullanma yarışlarının beşinci mərhələsinə yekun vurulub VİDEO

Bakı, 19 sentyabr, AZƏRTAC

Bosniya və Herseqovinanın Mostar şəhərində dünyanın ən güclü haydayverləri suyatullanma yarışının beşinci mərhələsində iştirak ediblər. Yarışın bu mərhələsində iştirakçılar UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş Köhnə körpüdən suyatullanma üzrə bacarıqlarını göstəriblər.

AZƏRTAC xəbər verir ki, yekun nəticələrinə görə kişilər arasında birinci yerdə Qari Hant (Böyük Britaniya) qərarlaşıb. Stiven Lobyu (ABŞ) ikinci, Nikita Fedotov (Rusiya) üçüncü olub. Qadınların yarışında hamıdan yaxşı nəticəni Sesiliya Kralton (ABŞ) göstərib. İkinci yeri Helena Mertner (Avstraliya), üçüncü yeri Anna Bader (Almaniya) tutub.

“Red Bull Cliff Diving” suyatullanma üzrə dünya çempionatı altı mərhələdən ibarətdir. Bu il artıq beş mərhələ keçirilib. Final yarışı oktyabrın 21-də Çilidə təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.