İDMAN


“Red Bull” Ferstappenin ən gənc Formula 1 çempionu olacağına ümid edir

Bakı, 2 noyabr, AZƏRTAC

“Red Bull”un idman məsləhətçisi Helmut Marko komandanın pilotu Maks Ferstappenin ən gənc Formula 1 çempionu olacağına ümid edir.

AZƏRTAC xəbər verir ki, hazırda çempionatın ən gənc çempionu 2010-cu ildə 23 yaşında çempion olmuş Sebastyan Fetteldir. Maksın isə 21 yaşı var.

H.Marko “Motosport” saytına müsahibəsində deyib: “Biz növbəti mövsümü səbirsizliklə gözləyirik. Məqsəd ondan ibarətdir ki ən gənc çempion bizim komandadan olsun. Bizim hələ iki ilimiz var, amma bu nailiyyəti növbəti mövsümdə qazanmağı nəzərdə tuturuq”.

“Red Bull”un rəhbəri Kristian Horner də Marko ilə eyni fikirdədir.

“Horner” bununla bağlı qeyd edib: “Siz Meksikadakı yürüşü gördünüz. Əgər bizim rəqibimizlə rəqabət apara biləcək mühərrikimiz olsa, düşünürəm ki, çempion titulu uğrunda mübarizə aparacaq kifayət qədər güclü komandamız və pilotlarımız da qələbə qazana biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.