İDMAN


“Red Bull” Formula 1-də pit-stop sürətinə görə yeni rekord müəyyən edib

Bakı, 21 noyabr, AZƏRTAC 

Avstriyanın “Red Bull” Formula 1 komandası dünya çempionatı tarixində ən sürətli pit-stop keçirib.

AZƏRTAC “DHL Motorsports”un “Twitter” akkauntuna istinadla xəbər verir ki, Braziliya Qran-Prisi zamanı mexaniklər hollandiyalı pilot Maks Ferstappenin bolidinə cəmi 1,82 saniyə xidmət göstəriblər.

Əvvəlki rekord da “Red Bull”a mənsub olub və 2019-cu ildə Almaniya Qran-Prisi zamanı müəyyən olunub. Onda “Red Bull” komandası elə həmin Ferstappenin pit-stopuna 1,88 saniyə vaxt sərf edib. 2019-cu ildə Böyük Britaniya Qran-Prisi zamanı mexaniklər fransız Pyer Qaslinin avtomobilinin dörd təkərini 1,91 saniyə ərzində dəyişiblər.

2019-cu ilin Braziliya Qran-Prisinə gəldikdə isə pit-stopların heç biri iki saniyədən az çəkməyib. İkinci yeri tutan “Uilyams” Robert Kubitsaya 2,10 saniyə xidmət göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.