İDMAN


“Red Bull” Mik Şumaxer ilə kontrakt imzalamağı planlaşdırır

Bakı, 12 sentyabr, AZƏRTAC

Avropa Formula 3-ün almaniyalı avtoyürüşçüsü Mik Şumaxer “Red Bull” komandasını maraqlandırıb. Komanda Mik ilə kontrakt imzalamaq və özünün gənc yürüşçülərə dəstək proqramına onu da daxil etmək istəyir.

AZƏRTAC “Motorsport”a istinadla xəbər verir ki, “Red Bull”da Şumaxerlə dərhal 2020-ci ilə qədər kontrakt bağlamaq istəyirlər. Həmin kontrakta əsasən Mik Şumaxer ya gənclərdən ibarət Formula 2 monoseriyasında iştirak edəcək, ya da “Toro Rosso”nun heyətində birbaşa Formula 1-də debüt edəcək.

Hazırda İtaliya komandasının 2019-cu il mövsümü üçün heç bir pilotu yoxdur: Yeni zelandiyalı Brendon Hartli ilə sazişin müddəti uzadılmayıb, fransız Pyer Qasli isə “Red Bull”a keçəcək və orada avstraliyalı Daniel Rikkardonu əvəz edəcək. “Red Bull”un dəstək proqramında da Formula 1 üçün hazır gənc yürüşçü yoxdur.

Alman avtoyürüşçünün “superlisenziya” alması üçün zəruri olan 20 xalı var. 2018-ci il mövsümündə Mik Şumaxerin Formula 1-də iştirak etməkdən ötrü “superlisenziya” ala bilməsi üçün Avropa Formula 3-ün yekunlarına əsasən 3-cü yeri tutması kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.