İDMAN
“Red Bull Racing”, “Maklaren” və “Renault” komandaları mövsümün başlamasına qədər test keçirə bilməyəcəklər
Bakı, 9 iyun, AZƏRTAC
Formula 1 üzrə dünya çempionatında çıxış edən klublardan “Red Bull Racing”, “Maklaren” və “Renault” komandaları Avstriyada mövsümün startına qədər test keçirə bilməyəcəklər.
AZƏRTAC “The Race” portalına istinadla xəbər verir ki, bu cür testlər üçün yalnız iki illik avtomobillərdən istifadə edilə bilər. Buna görə “Red Bull Racing” bolidləri “Honda” istehsalı olan mühərriklərlə test yürüşlərinə qatıla bilməyəcək.
“Maklaren” komandası isə karantin səbəbindən testlər keçirə bilməyəcək. Belə ki, məhdudiyyətlərə görə, “Renault” şirkətinin işçiləri İngiltərəyə daxil ola bilməyəcəklər. Bu da “Renault” mühərriklərinin avtomobillərə quraşdırılmasına imkan verməyəcək. Ancaq bəzi mənbələrin bildirdiyinə görə, əslində “Maklaren” maliyyə böhranı səbəbindən əlavə pul xərcləməyə hazır deyil.
“Renault” komandasına gəldikdə, klubun bazası da İngiltərədədir və mühərriklər Fransada istehsal olunur. Bu da mütəxəssislərə elektrik stansiyalarının quraşdırılması üzərində işləməyə imkan verməyəcək.