İDMAN
“Red Bull” komandası Formula-1 Azərbaycan Qran-Prisi üçün maraqlı süjet hazırlayıb VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
“Red Bull” komandası iyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi üçün maraqlı süjet hazırlayıb.
AZƏRTAC xəbər verir ki, 20 gündən sonra Formula-1 Azərbaycan Qran-Prisinin bütün iştirakçıları ölkəmizdə olacaqlar. Dünyanın ən məşhur pilotları bolidlərinin sükanları arxasında gözəl Bakımızın küçələrində birincilik uğurunda mübarizə aparacaqlar.
Çempionatda iki komanda ilə təmsil olunan “Red Bull” qarşıdakı yarış üçün maraqlı çağırış videosu təqdim edib. Videoda ön plana çıxarılan ölkəmizin sürət rəmzi - Qarabağ atı “Red Bull” komandasının RB13 maşını ilə xəyalən yarışır. Süjetin sonunda bütün sürətsevərlər yarışı izləməyə dəvət olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [17:49]
İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub
- 20.04.2024 [17:31]
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub
- 20.04.2024 [16:57]
Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib
- 20.04.2024 [15:19]
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
- 20.04.2024 [12:39]