İDMAN


“Red Bull” pilotu: Bakıda adrenalin yüksəlir, amma səhv etmək olmaz

Bakı, 23 aprel, AZƏRTAC

“Red Bull” komandasının pilotu Pyer Qasli bildirib ki, Formula 1 Azərbaycan Qran-Prisini səbirsizliklə gözləyir.

AZƏRTAC xəbər verir ki, Pyer Qasli deyib: “Mən həmişə Qran-Pri uik-endini səbirsizliklə gözləyirəm. Dördüncü Qran-Priyə hazırlaşıram, artıq biz Avropaya qayıdırıq.

Həqiqətən də yürüşdən əvvəl həyəcan keçirirəm, çünki Bakıdakı küçə trasıdır. Bu cür traslarda çıxış etmək hər zaman çətindir, səhvə yol vermək olmaz. Bu cür yürüşlərdə pilotlar üçün çox yaxşı olan adrenalin səviyyəsi yüksəlir. Trass özü yüksək səviyyəlidir və pilotların ustalığı kontekstində çox tələbkardır. Bu trekdə çoxlu sayda ötüb keçmə zonaları olan ən uzun düz yol var və bu səbəbdən yürüş həddindən artıq maraqlı olur.

Mən Bakıda Formula 2 yürüşlərində sonuncu yerdən başlamışam. Həmin vaxt Covinatsi ilə sonunadək mübarizə apardıq və nəticədə mən ikinci oldum. Tədricən inkişaf edirəm. Çində öz hesabıma ən sürətli dairə yazmaq əla olardı. Növbəti uik-endin hansı nəticələr verəcəyini isə görəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.