İDMAN


“Red Bull” skaydayverləri Bakı şəhər halqası üzərində uçuş ediblər VİDEO

Bakı, 11 iyun, AZƏRTAC 

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) “Formula-1” Avropa Qran-prisi ərəfəsində “Red Bull” skaydayverlərindən Marko Valtenşpilin və Corc Latnerin möhtəşəm çıxışının əks olunduğu yeni videoçarxı ictimaiyyətə təqdim edib.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, skaydayverlər helikopterdən qanadlı kostyumlarda tullanıb Bakı səmasında uçuş edərək yüksək sürətlə şəhərin üzərində süzüblər. Bakı şəhər halqasının yuxarıdan seyr edildiyi bu səyahət Pit yolunda mükəmməl enişlə başa çatıb.

Qanadlı kostyumla etdiyi uçuşdan sonra Marko Valtenşpil deyib: “Səmadan Bakı buxtasının mənzərəsi xüsusilə hər yerdə “Formula-1” ab-havasının hökm sürdüyü bir vaxtda göz oxşayır. Şəhərin üzərində uçarkən və yarışın baş tutacağı trek boyunca hərəkət edərkən Qran-prinin nə qədər həyəcanlı olacağını hiss etdim. Bakı sakinlərinə belə ruhlandırıcı anlar yaşatdığıma görə çox sevincliyəm. Bu ölkəyə ilk səfərimdir, lakin Azərbaycan xalqının qonaqpərvərliyi və şəhərin gözəl mənzərələri məni ən qısa zamanda bura geri qayıtmağa ilhamlandırır”.

BŞH-nin icraçı direktoru Arif Rəhimov skaydayverlərin uçuşu barədə təəssüratlarını bölüşərkən bildirib: “Küləklər şəhərinin səmasını fəth etmək kimi çətin tapşırığa imza atan cəsur “Red Bull” skaydayverlərini çıxışından məmnunam. İnanıram ki, onların səmada Bakının ən gözəl məkanlarının və yarış trekinin üzərində nümayiş etdirdiyi möhtəşəm uçuşun əks olunduğu bu videoçarx onu izləyən hər bir azərbaycanlını ruhlandıracaq. “Formula-1” Avropa Qran-prisinin başlaması ərəfəsində hamını bu tarixi hadisədə iştirak etməyə çağırıram. İndidən biletlərinizi alın və “Formula-1”in həyəcan dolu yarış həftəsonunda bizə qoşulun”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.