ELM VƏ TƏHSİL


“Refleksiv müəllim” layihəsi çərçivəsində “Ana dili” mövzusu üzrə dərs icmalı təqdim edilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi “Refleksiv müəllim” layihəsi çərçivəsində 227 nömrəli tam orta məktəbdə Azərbaycan dili fənnindən seminar keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəqsanə Abdullayeva 8-ci sinif dərsliyində olan “Ana dili” mövzusu üzrə dərs icmalı təqdim edib.

Təqdim olunan icmal əsasında dərsin motivasiya mərhələsi, tədqiqatın aparılması mərhələsinin mahiyyəti, məzmun standartı ilə məqsəd arasında əlaqə, inteqrasiya olunan standartların müvafiqliyi, iş üsullarının seçilməsi, qiymətləndirmə meyarları kimi məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçılar irad və təkliflərini bildiriblər. Sonra ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.

Seminarın keçirilməsində əsas məqsəd birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək, müəllimlərdə keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq, konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir.

Qeyd edək ki, yeni tədris ilindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.