ELM VƏ TƏHSİL


“Refleksiv müəllim” layihəsi çərçivəsində ibtidai siniflər üçün Azərbaycan dili fənnindən seminar keçirilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi “Refleksiv müəllim” layihəsi çərçivəsində 24 nömrəli tam orta məktəbdə ibtidai siniflər üçün Azərbaycan dili fənnindən seminar keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda məktəbin ibtidai sinif müəllimi Arzu Məmmədova 4-cü sinif Azərbaycan dili dərsliyində olan “Ruminin məsləhəti” mövzusu üzrə dərs icmalı təqdim edib.

Seminarın formatına uyğun olaraq təqdimatçı ilk 15 dəqiqə ərzində dərsin mərhələləri, inteqrasiyası, standartların reallaşdırılması prosesindən, qiymətləndirmə meyarları və tapşırıqlardan bəhs edib. Sonra iştirakçılar dərsin uğurlu tərəflərini sadalayıb, təkliflərini bildiriblər. Dərs zamanı təqdim olunan iş üsulları, onların fənnin xarakterinə uyğunluğu, fəndaxili inteqrasiya, qrup işləri zamanı tapşırıqların hazırlanması, formativ qiymətləndirmə məsələləri müzakirə edilib.

Şagirdlərdə özünüqiymətləndirmə bacarıqlarının formalaşdırılması, bu məqsədlə verilən sual və tapşırıq nümunələrinin tərtibi məsələləri də seminarda daha çox müzakirə edilən məsələlərdən olub. Daha sonra ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.

Qeyd edək ki, metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.