ELM VƏ TƏHSİL


“Refleksiv müəllim” layihəsi üzrə növbəti seminar “Sadə musiqi formaları” mövzusuna həsr olunub

Bakı, 26 sentyabr, AZƏRTAC

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi "Refleksiv müəllim" layihəsi çərçivəsində musiqi fənnini tədris edən müəllimlər üçün seminar keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin musiqi müəllimi Azadə Ağayeva 3-cü sinif dərsliyində olan “Sadə musiqi formaları” mövzusu üzrə dərs icmalı təqdim edib. O, 15 dəqiqə ərzində dərsin mərhələləri, onun inteqrasiyası, standartların reallaşdırılması prosesindən, qiymətləndirmə meyarları və tapşırıqlardan bəhs edib. Sonra iştirakçılar dərsin uğurlu tərəflərini sadalayıb, irad və təkliflərini bildiriblər. Dərs zamanı təqdim olunan iş üsulları, onların fənnin xarakterinə uyğunluğu, iş vərəqlərinin hazırlanması, həmçinin müəllim üçün metodik vəsait ilə dərsliyin əlaqələndirilməsi məsələləri ətrafında müzakirələr aparıldıqdan sonra ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.

Qeyd edək ki, yeni tədris ilindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.