CƏMİYYƏT
Region QHT-ləri arasında stolüstü oyunlar üzrə yarışlara yekun vurulub
Bakı, 6 noyabr, AZƏRTAC
“Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Region QHT-ləri arasında stolüstü oyunlar üzrə yarışların keçirilməsi” layihəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi regionlarda fəaliyyət göstərən QHT-lər arasında əlaqələrin qurulması, bölgə gəncləri arasında sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.
Layihə çərçivəsində Qəbələ, Quba, Gəncə və ətraf bölgələrdə fəaliyyət göstərən QHT-lər arasında şahmat və nərd yarışları keçirilib. Region yarışında qalib gələn iştirakçılar arasında final görüşləri Bakıda təşkil olunub.
Şahmat yarışında Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin, nərd yarışında isə Gənc Vətənpərvərlər İctimai Birliyinin Gəncə şöbəsinin təmsilçisi qalib gəlib.
Qaliblərə diplom və mükafatlar təqdim olunub.