REGİONLAR


Region cüdoçuları üçün təlim-məşq toplantısı təşkil edilib

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Cüdo Federasıyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində regiondan olan yeniyetmə cüdoçular üçün təlim-məşq toplantısı keçirilir.

ACF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 60-dan artıq potensiallı region cüdoçularının iştirak etdiyi hazırlıq iyunun 23-dək davam edəcək.

Təlim-məşq toplantısında federasiya prezidentinin müşaviri Natiq Bağırov, qurumun regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusovun rəhbərliyi ilə yeniyetmə cüdoçuların peşəkarlığının və onların hazırlıq səviyyəsinin artırılması istiqamətində müvafiq məşq proqramı tətbiq edilir.

Tədbir çərçivəsində, həmçinin ACF-in performans direktoru Mark van der Hamın yeniyetmə cüdoçular üçün master-klassı keçirilib. Master-klass zamanı, iştirakçılara nevaza vəziyyətində (yerdə parter vəziyyəti) müxtəlif fəndlər nümayiş etdirilib.

Azərbaycan Cüdo Federasiyası bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirlərini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.