CƏMİYYƏT


Region gəncləri Avropanın startap təcrübəsini öyrənirlər

Bakı, 13 mart, AZƏRTAC 

Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin Avropa startap təcrübəsinin öyrənilməsi” layihəsini icra edir.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi Gəncə, Qəbələ və Şəki şəhərlərində yaşayan gənclərə Avropanın startap təcrübəsini öyrətmək, gəncləri ölkəmizdə bu sahədə mövcud şərait və imkanlarla yaxından tanış etmək, bu sahədə onların bilik və bacarıqlarını artırmaqdır.

Layihə çərçivəsində ilk tədbir Gəncə şəhər gənclər və idman baş idarəsinin və şəhər Gənclər evinin təşkilatı dəstəyi ilə keçirilib. Tədbirdə əllidən çox tələbə və gənc iştirak edib. Onlara layihəni icra edən qurum, Azərbaycan Gənclər Fondu və layihənin məqsədi haqda məlumat verilib. Sonra təlim keçirilib və Avropanın startap təcrübəsi, ölkəmizdə mövcud imkanlardan söhbət açılıb.

Növbəti tədbirlər isə Qəbələdə və Şəkidə keçirilib. Layihə çərçivəsində keçirilən bütün tədbirlərdə gənclərə müvafiq məlumatlandırıcı bukletlər və informativ posterlər paylanılıb, sertifikatlar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.