CƏMİYYƏT


Region gəncləri arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində tədbirlər təşkil olunub

Bakı, 21 noyabr, AZƏRTAC 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə “Regionlarda gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində Ağdam, Bərdə, Tərtər, Ağcabədi və Beyləqan rayonlarında gənclərlə görüşlər keçirilib.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli layihənin əsas məqsədi haqqında məlumat verərək 2016-cı ilin Aprel zəfərinin hərbi-strateji, mənəvi və siyasi əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Aprel döyüşlərinin mahiyyətini gənc nəslə çatdırmaq, gənclərdə Silahlı Qüvvələrimizə inam hissini gücləndirmək istiqamətində təbliğat işləri bu gün də davam edir. Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin təməlində vətənpərvərlik ruhunun artırılması məqsədi dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan Aprel zəfəri ermənilərin uzun illər ərzində formalaşdırmağa çalışdıqları mifi dağıtdı, Azərbaycan Ordusunun hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi nailiyyət gənclər arasında geniş təbliğ olunmalıdır.

Çıxışlarda vurğulanıb ki, vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri dövlət gənclər siyasətinin prioritet istiqamətlərini təşkil edir. Məhz bu istiqamətdə ölkəmizdə genişmiqyaslı ardıcıl tədbirlər keçirilir.

Tədbirlərdə sonra gəncləri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Silsilə tədbirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.