CƏMİYYƏT
Region gəncləri sosial sahibkarlıq fəaliyyətlərinə cəlb olunmaqda davam edir
Bakı, 1 iyul, AZƏRTAC
Region gəncləri sosial sahibkarlıq fəaliyyətlərinə başlayıblar.
AZƏRTAC Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi fiziki məhdudiyyətli kişi və qadınlara, azyaşlı övladı olduğu üçün evdən çıxa bilməyən analara, həmçinin qocalara səyyar salon xidməti təklif etməkdir.
Layihə çərçivəsində Lerik, Quba və İsmayıllı rayonlarından olan xanımlara sosial sahibkarlıq təlimləri keçilib. Hər rayondan üç layihəyə resurs dəstəyi göstərilib.
Leyla Novruzəliyevanın velo bərbər layihəsi bunlardan biridir.
Qeyd edək ki, salonda çalışanlar şiddətə məruz qalan, tərk edilən, tənha qadınlardır.
“Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz rayonlarında yaşayan qadın və qızların məşğulluq imkanlarının artırılması” layihəsi Yerli Təşəbbüslər üçün Kanada Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera mərkəzinin tərəfdaşlığı və ARGTMŞ-ın təşkilatçılığı ilə həyata keçirilib.