Region gəncləri üçün karyera qış məktəbi təşkil olunacaq
AzerTAg.az
Bakı, 30 yanvar, AZƏRTAC
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Zərdab şəhər Heydər Əliyev Mərkəzində “Region gənclərinin karyera qış məktəbi” adlı layihənin təqdimatını keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təşkilatın sədri Vəfa Xəlilli Gənclər Fondu, təşkilat və layihə haqqında məlumat verib.
Görüşdə ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu dövlət-gənclər siyasətindən danışılıb. Bildirilib ki, bu layihənin “Heydər Əliyev İli”ndə keçirilməsi təsadüfi deyil. Bu gün ölkəmizdə reallaşdırılan gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Layihənin məqsədi region gənclərinin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.
Qeyd edək ki, layihənin növbəti mərhələsində Göyçay şəhərində Zərdab və Ucar gənclərinin iştirakı ilə Karyera Qış Məktəbi təşkil olunacaq.
Xəbərin mətnində orfoqrafik səhv var