CƏMİYYƏT


Region həkimləri oftalmologiya sahəsinin yenilikləri ilə tanış olacaqlar

Region həkimləri oftalmologiya sahəsinin yenilikləri ilə tanış olacaqlar

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 3-də Lənkəran şəhərində Azərbaycan Retinoloqlarının 7-ci konfransı keçiriləcək.

Bu barədə AZƏRTAC-a akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən məlumat verilib.

Bildirilib ki, konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, region həkimlərinin həmin yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti məruzələrlə çıxış edəcəklər.

Konfransda “Fundus autofluorescensiyanın mərkəzi seroz xoriopatiyanın diaqnostikasında əhəmiyyəti”, “Vitreoretinal cərrahiyyədə vizualizasiya sistemləri”, “Yaşa bağlı makula degenerasiyanın quru formasının proqressivləşməsinin OKT əlamətləri”, “Cərrahi vizualizasiya sistemləri” və s. məsələlər müzakirə ediləcək.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.