MƏDƏNİYYƏT


Region hotellərində xidmət keyfiyyətinin artırılması üçün tədbirlər görüləcək

Bakı, 21 fevral, AZƏRTAC

Region hotelləri ilə Azərbaycan Hotel Assosiasiyasının əlaqələrinin intensivləşdirilməsi mövcud problemlərin aradan qaldırılmasına xidmət edəcək.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə Azərbaycan Hotel Assosiasiyasının regionlara səfəri çərçivəsində Quba, Qusar, Şabran, Xaçmaz, Nabran, Siyəzən və Xızıda yerləşən hotellərin nümayəndələri ilə Qubada keçirilən görüş zamanı qeyd olunub.

Tədbirdə, həmçinin Azərbaycan Hotel Assosiasiyası tərəfindən region hotelləri ilə davamlı əməkdaşlıq əlaqələrinin qurulması, regionlarda xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində birgə həyata keçirilə biləcək tədbirlər haqqında təqdimat keçirilib.

Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun regionlarda turizmin inkişafı, təşviqi və idarə olunması üçün yaradılan yeni qurumları - Destinasiya Menecmenti Təşkilatlarının Qubada yerləşən bölməsi təqdim olunub. Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək DMT-lərin fəaliyyət istiqamətlərindən biri də regionlardakı hotellərin Azərbaycan Hotel Assosiasiyası ilə əlaqələndirmək olacaq.

Azərbaycan Hotel Assosiasiyası regionlara ilk səfəri çərçivəsində Qubadan başqa, Qəbələ, Gəncə və Lənkəranda da ətraf bölgələrin hotellərinin rəhbərləri ilə görüşlər keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.