CƏMİYYƏT


“Region könüllüləri hərəkatında yeni mərhələ” adlı layihənin ikinci təlimi həyata keçirilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə dəstək” İctimai Birliyi “Region könüllüləri hərəkatında yeni mərhələ” adlı layihəsinin ikinci təlimini həyata keçirib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi region və kəndli gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və gənclərdə sosial məsuliyyət hissini artırmaqdır. Eyni zamanda sosialyönümlü könüllülüyü təbliğ etməkdir.

Oktyabrın 16-da Zərdabda 12 nəfər gəncin iştirakı ilə ikinci təlim həyata keçirilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. İctimai Birliyin sədri Vəfa Xəlilli Gənclər Fondu, təşkilat və layihə haqqında ətraflı məlumat verib.

Sonra təlimdə iştirak edən Ağcabədi Gənclərin İnkişaf və Karyera Mərkəzinin sədri Fuad Əliyev könüllülük haqqında məlumat verib və həyata keçirilən belə tədbirlərin və layihələrin təqdirəlayiq olduğunu bildirib.

Zərdab rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov könüllü fəaliyyət haqqında gənclərə məlumat verərək təşkilatın işinə uğurlar arzulayıb. Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva gənclərin təşəbbüskarlığının artırılması istiqamətində onlara öz təcrübəsindən danışıb və könüllülük fəaliyyətinin əhəmiyyətini qeyd edib.

İctimai Birliyin sədr müavini Eldar Xəlilov sosial könüllülük istiqamətində gəncləri məlumatlandırıb.

Təlimin sonunda gənclərə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.