CƏMİYYƏT


“Region məktəblilərinin psixoloji hazırlığı və düzgün ixtisas seçiminə dəstək” layihəsinin Qaradağ rayonu üzrə ikinci fazası keçirilib

Bakı, 21 iyun, AZƏRTAC

“Region məktəblilərinin psixoloji hazırlığı və düzgün ixtisas seçiminə dəstək” layihəsinin Qaradağ rayonu üzrə ikinci fazası keçirilib və bununla da layihə yekunlaşıb.

AZƏRTAC Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) saytına istinadla xəbər verir ki, layihə çərçivəsində Qaradağ və Hacıqabul rayonlarının ümum təhsil məktəblərində oxuyan şagirdlərin peşə və ixtisas seçimi ilə bağlı düzgün istiqamətləndirilməsinə dair maarifləndirici təlimlər həyata keçirilir.

Hacıqabul rayonunda təlimlər hal-hazırda davam etməkdədir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ARGTMŞ-nin "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində "Yeni Yol" Gənclərin Maarifləndirməsi İctimai Birliyi tərəfindən keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.