ELM VƏ TƏHSİL


Region müəllimləri və metodik kabinet əməkdaşları üçün təlimlərə start verilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) region müəllimləri və metodik kabinet əməkdaşları üçün “Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” adlı onlayn təlimlərə start verib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlərin 30 region və hər bir region üzrə 25 məktəbin müəllimləri üçün keçirilməsi nəzərdə tutulub. İlk təlim MDM-in əməkdaşı Aynur Həşimovanın təqdimatında Daşkəsən rayonu üzrə keçirilib.

Təlimlər 3 ay müddətində davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.