CƏMİYYƏT


“Regional İnkişaf” İctimai Birliyi ilə Bakı Dövlət Universiteti birgə sosial aksiya keçirib

Bakı, 1 aprel, AZƏRTAC

“Regional İnkişaf” İctimai Birliyi ilə Bakı Dövlət Universiteti (BDU) birgə sosial aksiya keçirib.

AZƏRTAC xəbər verir ki, kampaniya ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, təşkil olunan yardım aksiyalarına, ölkə rəhbərliyinin çağırışlarına dəstək məqsədi ilə təşkil olunub.

Yardım aksiyası çərçivəsində Bakı şəhərinin müxtəlif ərazilərində yaşı 65-dən yuxarı olan xüsusi risk qrupuna aid 100 şəxsə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılıb.

Yardım alanlar ölkədə hökm sürən sabitlik və əmin-amanlıqdan razılıqlarını ifadə edib, karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.