CƏMİYYƏT


“Regional İnkişaf” İctimai Birliyi yeni portal istifadəyə verib VİDEO

Bakı, 21 yanvar, AZƏRTAC

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) müxtəlif sahələr üzrə təkliflər təqdim etmək imkanı yaradan www.teklifimvar.az portalını istifadəyə verib.

RİİB-dən AZƏRTAC-a bildiriblər ki, portal əhalini ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəal iştiraka təşviq etməklə yanaşı, ictimai nəzarətin gücləndirilməsinə töhfə məqsədi daşıyır.

İnternet resursunda qeydiyyatdan keçən istifadəçilərin təklifləri araşdırıldıqdan və seçildikdən sonra onların reallaşdırılması istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər həyata keçiriləcək. Nəticələrə dair məlumatlar portalda yerləşdiriləcək və bununla da ictimaiyyətin prosesi izləməsi mümkün olacaq.

Xatırladaq ki, “Regional İnkişaf” İctimai Birliyi ictimai nəzarətin həyata keçirilməsi, əhalinin müxtəlif müraciətlərinin araşdırılması, onların aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində həlli, eləcə də elm, təhsil, səhiyyə, sosial, ekologiya, turizm, idman və digər sahələrdə layihələrin icrası istiqamətində fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.