İQTİSADİYYAT


Regional Rabitə Birliyinin Operatorlar Şurasının iclası keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Regional Rabitə Birliyinin (RRB) sayca 41-ci iclası daha geniş tərkibdə üzv dövlətlərdə fəaliyyət göstərən rabitə operatorlarının rəhbər şəxsləri və informasiya təhlükəsizliyi sahəsində çalışan ekspertlərin iştirakı ilə keçirilib.

“Aztelekom” MMC-dən AZƏRTAC-a bildirilib ki, mövcud pandemiya səbəbindən onlayn formatda baş tutan görüşdə “Aztelekom”un baş direktoru vəzifəsini icra edən Samir Məmmədov iştirak edib.

İclasda pandemiya dövründə üzv dövlətlərdə rəqəmsal iqtisadiyyat proqramlarının həyata keçirilməsində operatorların fəaliyyət sahələri, qarşıya qoyulan vəzifələr və onların həllinin əsas prioritetləri müzakirə predmeti olub. Eyni zamanda, rabitə sahəsində dələduzluğa qarşı birgə mübarizə üsulları, telekommunikasiya şəbəkələrində fırıldaqçılıq ilə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı mövcud qanunvericilik aktları, habelə onların fəaliyyətində gəlir itkisinin hesablanması üçün müvafiq metodologiya mövzuları və digər məsələlər müzakirə edilib.

İclasda ötən ilin nəticələri qiymətləndirilib, RRB-nin Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının 42-ci iclasının yeri, vaxtı və gündəliyi barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.