İQTİSADİYYAT
Regional Rabitə Birliyinin rabitə administrasiyaları mütəxəssisləri üçün ilk beynəlxalq seminar
Bakı, 21 noyabr, AZƏRTAC
Moskvada Dünya Poçt İttifaqının (ÜPİ) elektron ticarətin və ixracın inkişafı üzrə strateji regional layihəsi çərçivəsində Regional Rabitə Birliyinin (RRB) rabitə administrasiyaları mütəxəssisləri üçün ilk beynəlxalq seminar keçirilib. Tədbirdə ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri təmsil ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, seminarda elektron ticarətin və ixracın inkişaf məsələləri, poçt administrasiyaları üçün hazırkı və gələcək imkanlar, eləcə də poçt ticarətinin inkişafına yardım və digər məsələlər nəzərdən keçirilib. Seminar iştirakçıları internet, ixrac üçün poçt platformaları, poçt operatorları üçün elektron ticarət və biznes modellərinin tətbiqi məsələlərini də müzakirə ediblər.