ELM VƏ TƏHSİL
Regional peşə təhsili mərkəzləri şəbəkəsi genişləndiriləcək
Bakı, 15 fevral, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişaf prioritetləri nəzərə alınaraq, işsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri şəbəkəsi genişləndiriləcək və idarəetmə sistemi təkmilləşdiriləcək. AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planında əksini tapıb. Tədbirlər Planına əsasən işin icrası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olacaq.
Xatırladaq ki, indiyə qədər bu sahədə 4 yeni regional peşə təhsili mərkəzi yaradılıb (Lənkəran və Şəki şəhərləri, Quba və Bərdə rayonları) və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı müəyyən tədbirlər həyata keçirilib.