Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Regional rouminq razılaşması Azərbaycanda tez-tez səyahət edən şəxslər və iş adamları üçün yeni imkanlar aça bilər

Bakı, 20 aprel, AZƏRTAC

Günü-gündən rəqəmsal texnologiyaların bizə təqdim etdiyi imkanların sayı artır və pandemiyanın yaratdığı böhran həyatımızı çətinləşdirdikcə alternativ çıxış yollarına köklənməyə çalışırıq. Əslində bu bizə qısa müddət ərzində texnologiyalarla ayaqlaşmalı olduğumuzu bir daha xatırladır.

Getdikcə vaxt itkisi olmadan dünyanın istənilən yerindən əlverişli bağlantının qurulması və məqsədlərimizin reallaşdırılması tələbi ortaya çıxır. Buna mobil rouminq vasitəsilə nail olmaq mümkündür. Avropalıların istər Helsinki, istərsə də Madridə səyahət zamanı eyni qiymətlə “evdəki kimi rouminqdən” (“Roam like at Home”) yararlandığı vaxt Azərbaycanlılar xaricə, hətta qonşu ölkələrə səfər edərkən yüksək rouminq tarifləri ilə üzləşirlər.

AZƏRTAC xəbər verir ki, hazırda “EU4Digital” təşəbbüsünün dəstəyi ilə 6 Şərq Tərəfdaşlığı ölkəsi arasında vahid rouminq məkanının yaradılması istiqamətində işlər gedir. Layihə ilə bağlı fikirlərini bölüşən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bonu Azərbaycan üçün “qaçılmaz fürsət” adlandırıb. Bununla bağlı hazırlanan Regional Rouminq Razılaşmasına əsasən, rouminq qiymətlərinin 2026-cı ilə qədər 87 faizə qədər ucuzlaşması gözlənilir.

2019-cu ilin fevralında Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında rouminq tariflərinin iqtisadi cəhətdən davamlı edilməsi, vahid beynəlxalq rouminq məkanının yaradılması imkanının tədqiqinə dair razılığa gəlinib. Gələcəkdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı (ŞT) ölkələri arasında da sərfəli şərtlərlə rouminq xidmətləri təklif ediləcək.

Evdəki kimi rouminq

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri (“DG NEAR”) üzrə baş direktorunun müavini Katarina Maternovanın fikrincə, Regional Rouminq Razılaşması Avropa İttifaqının on ildən çox dövrü əhatə edən rouminq tənzimləməsi təcrübəsinə əsaslanır: “Aİ-nin bu təcrübəsi hər kəs üçün daha yaxşı əlaqə, daha geniş əhatə dairəsi və daha aşağı qiymətlər təmin edərək öz səmərəsini aydın şəkildə göstərib”.

Aİ-nin “Evdəki kimi rouminq” (RLAH) razılaşması 2017-ci ildə qüvvəyə minib. Cəmi iki il sonra, yəni 2019-cu ilin yayında Aİ-də rouminq istifadəçilərinin sayı müqavilədən öncəki illə müqayisədə on yeddi dəfə çox olub.

Elektron Rabitə üzrə Avropa Tənzimləyiciləri Təşkilatının Rouminq üzrə İşçi Qrupunun (BEREC) həmsədrləri Elizabet Felber və Yoanna Çudalaki “Evdəki kimi rouminq” razılaşmasını böyük uğur hesab edir: “BEREC-in müntəzəm məlumat toplama əməliyyatları rabitə sahəsində maneələrin aradan qaldırılması ilə rouminq istehlakında əhəmiyyətli artım olduğunu göstərir. Rouminq tənzimləməsi vahid Avropa bazarını daha da gücləndirib. Bu təkcə istehlakçıların deyil, ayrı-ayrılıqda hər bir üzv ölkənin, bütövlükdə Aİ cəmiyyətinin və iqtisadiyyatının xeyrinədir”.

Razılaşmanın faydası

Ümumilikdə Regional Rouminq Razılaşmasının müsbət təsiri 4,6 milyon avro dəyərində qiymətləndirilir. Razılaşmanın 2021-ci ilin payızında imzalanması və 2022-ci ildə qüvvəyə minməsi gözlənilir. Nəticədə 2026-cı ildə müştərilərin rouminq xərclərinin maksimum azalacağı gözlənilir.

Razılaşmanın müəyyən edilən məqsədlərə çatmasında icrası üzrə lazım olan qanuni düzəlişlərin qəbulu nəzərdə tutulub.

“İstifadəçilər müqavilənin təsirini 2022-ci ildən etibarən hiss edəcəklər”, - deyə “EU4Digital” Proqramının Telekommunikasiya qaydaları layihəsinin rəhbəri Andres Dombrovoskis bildirib.

O deyib: “Razılaşmanı imzalayan Şərq Tərəfdaşlığı ölkələrində, rouminq qiymətlərinin mobil telefondan istifadəyə təsir göstərməyəcək həddə qədər tədricən azalması nəzərdə tutulur. Rouminq xərclərində azalma ölkədən ölkəyə fərqlənir. Razılaşmaya görə, Azərbaycan da daxil olmaqla 6 tərəfdaş ölkədəki müştərilərin rouminq xərclərinin 87 faizə qədər azalması nəzərdə tutulur.

Razılaşmanın təsiri 2022-ci il 1 yanvar tarixindən etibarən hiss olunacaq, sonrakı illərdə isə növbəti addımlar atılacaq. Milli rəqabət şərtlərini əks etdirən yekun yanaşma ilə xidmətlər üçün daxili qiymət tənzimləyici operatorun qiymətinə əlavə ediləcək və müştəri üçün yekun qiymət təyin olunacaq. Azərbaycanda mobil xidmət qiymətlərinin nisbətən aşağı olması fonunda bu çox yaxşı yanaşma hesab edilə bilər. Regional Rouminq Razılaşması imzalandıqdan və həyata keçirildikdən dərhal sonra olduqca əlverişli rabitə xidmətindən istifadə etmək mümkün olacaq”.

Azərbaycan üçün yeni imkanlar

Nazir müavini E.Vəlizadə Nazirliyin Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində artıq uzun illərdir ki, həm Şərq Tərəfdaşlığı ölkələri, həm də Avropa İttifaqı ölkələrinin telekommunikasiya tənzimləyiciləri ilə sıx əməkdaşlıq etdiyini deyir.

“Məqsəd həm beynəlxalq, həm də regional səviyyədə telekommunikasiyanın inkişaf dinamikasından kənarda qalmamaq, telekommunikasiyanın imkanlarını, xidmətlərini əhali, biznes və hökumət strukturları üçün hər yerdə mümkün və əlçatan etməkdir. Şərq Tərəfdaşlığı ölkələri ilə imzalanacaq Regional Rouminq Sazişi məhz bu məqsədə xidmət edir. Vətəndaşlarımız gələcəkdə Gürcüstana, Ukraynaya, Belarus və Moldovaya səyahət etdikləri zaman sərfəli rouminq tariflərindən yararlana biləcəklər. Azərbaycanda fəaliyyət göstərən mobil şəbəkə operatorları ilə adlarını çəkdiyim ölkələrin mobil şəbəkə operatorları arasında beynəlxalq rouminqdə həm səs, həm SMS, həm də mobil data xidmətləri üzrə tətbiq olunacaq qiymətlərdən sonunda vətəndaşlarımız faydalanacaqlar”, - deyə E.Vəlizadə qeyd edib.

Nazir müavini inanır ki, Regional Rouminq Razılaşması əslində Azərbaycan üçün yeni imkanlar yaradacaq: “Gələcəyə baxışla yanaşsaq, telekommunikasiyanın nə qədər sürətlə inkişaf etdiyinin hər gün şahidi oluruq. Bu isə o deməkdir ki, telekommunikasiya xidmətlərinin çeşidi artır, dəyişir. Bunun özü artıq həyatımıza bir dinamika gətirir, işimizi, ünsiyyətimizi, həyatımızı asanlaşdırır. Əminəm ki, istifadəçilər rouminqdə olarkən də bunlardan faydalana biləcəklər. Çünki hazırkı inkişaf özü bunu mümkün edir”.

Beşillik dövr ərzində rouminq tariflərinin 87 faiz ucuzlaşacağını vurğulayan nazir müavini qeyd edir ki, bu gün həyatımızı rabitəsiz, xüsusən də internetsiz təsəvvür edə bilmirik.

“Şərq Tərəfdaşlığı ölkələri arasında beynəlxalq mobil rouminq xidmətlərinin 87 faiz aşağı salınması o deməkdir ki, biz Avropa məkanında eyni xidmətlərə tətbiq olunan tariflərə yaxınlaşmış olacağıq. Bu, yaxın gələcəkdə Aİ ölkələri ilə də münasib və əlçatan beynəlxalq rouminq tariflərinin tətbiqini mümkün edir. Təbii ki, həm mobil operatorlar, həm də onların təqdim etdiyi xidmətlərdən istifadə edən vətəndaşlarımız üçün sərfəli olacaq.

Harada olmağımızdan, hansı ölkəyə səfər etməyimizdən asılı olmayaraq biz yaxınlarımız və dostlarımızla daim əlaqədə olmaq istəyirik. Bu həm də işgüzar insanların işini asanlaşdırır. Bir sözlə, bu, aktiv həyat tərzi keçirən insanlar üçün qaçılmaz bir fürsət olacaq”, - deyə o vurğulayıb.

Nazir müavininin sözlərinə görə, ilk baxışda rouminq qiymətlərinin endirilməsi mobil rabitə operatorlarının gəlirləri baxımından cəlbedici görünməyə bilər, lakin daha çox istifadəçi və daha çox trafik, istər səs və ya data, yekunda Aİ-də olduğu kimi müsbət saldoya gətirib çıxaracaq.

Əlaqəni kəsmədən iş fəaliyyətinə davam

Səyyah jurnalist və bloger Azər Qərib son illər ərzində rabitə sahəsindəki yeniliklərin iş fəaliyyətini asanlaşdırdığını düşünür. Onun fikrincə, qiymətlərin düşməsi, xüsusən də texnologiyaya artan ehtiyac nəzərə alınmaqla böyük dəyişikliyə səbəb olacaq.

“Televiziya fəaliyyətimlə bağlı ilk səfərlərimdə çox böyük problemlər yaşayırdım və yalnız ölkəyə qayıtdıqdan sonra verilişi efirdə yayımlaya bilirdik. Bugünkü müasir texnologiyalar elə imkanlar yaradır ki, heç televiziyaya da ehtiyac olmur. İstənilən anda canlı yayıma qoşularaq gördüklərimizi böyük bir kütləyə göstərə və şərh edə bilərik. Mənim üçün bunlar inanılmaz dəyişikliklərdir”.

“Rouminq yaxınlarımızla ünsiyyətimizi daha əlçatan edir. İlk növbədə, bu gün rouminqin bizə vermiş olduğu imkanların artması işlərimizi daha da yüngülləşdirəcək. Bu istər fərdi, istərsə də biznes nümayəndələri, istərsə də yaradıcı insanlar üçün operativ əlaqə yaratmaq üçün bir vasitədir. Eyni zamanda, ailə üzvlərimizin, yaxınlarımızın, dostlarımızın və digər sevdiklərimizlə daha da yaxın olmağımıza şərait yaradır.

Rominq qiymətlərinə gəldikdə onu qeyd etmək istərdim ki, bir ölkə tərkibində fərqli operatorlar turistlərə çox fərqli qiymətlər təklif edə bilər. Bu cəhətdən vahid regional və beynəlxalq rouminq məkanının yaradılması istənilən halda sərfəli olacaq. Şadam ki, Azərbaycanda artıq bu cür təcrübəni tətbiq edən operatorlarımız var”.

Layihə ilə bağlı təəssüratlarını bölüşən bloger qeyd edir ki, vahid regional rouminq məkanının yaradılması ilə həyatımız daha da rahatlaşacaqsa buna olduqca müsbət yanaşır: “Hardasa 20 il bundan əvvəl oğlum xaricdə təhsil alan zaman ənənəvi telefon danışıqları həyata keçirirdik. Danışıq zamanı çox vaxt problemlərlə üzləşirdik. Bağlantıda tez-tez kəsintilər olurdu və s. İllər keçdi və artıq kiçik oğlum xaricdə təhsil almağa başladıqda mən onunla ənənəvi telefon danışıqlar ilə yanaşı həm də görüntülü şəkildə ünsiyyət qururdum.

Yaxın dövrdə rouminq xidmətlərinin daha ucuz və əhatə dairəsinin regional, hətta, beynəlxalq səviyyədə genişlənməsi aktiv şəxslər üçün müstəsna rol oynayacaq. Yaxınlarımızla məsafədən asılı olmayaraq ünsiyyətimizin daha sıx və daha sərfəli olması istehlakçı tərəfindən yalnız alqışlarla qarşılana bilər və mən də bu alqışlara qoşuluram”.

“EU4Digital” Proqramı Aİ-nin standart və təcrübələrinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın və cəmiyyətin əsas sahələrini təşviq edir. Bu proqram, “Action Global Communications and CEPS” ilə birlikdə EY-nin idarə etdiyi konsorsium tərəfindən həyata keçirilir.

“EU4Digital” Proqramının telekommunikasiya sahəsində məqsədi, beynəlxalq rouminqlə əlaqəli fəaliyyətlər və altı Şərq tərəfdaşlıq ölkəsi arasında vahid beynəlxalq rouminq məkanına dair potensial razılaşma kimi mövzuları dəstəkləməkdir. Eyni zamanda, bu proqram elektron rabitə vasitələri üzrə milli tənzimləyici orqanların müstəqilliyinin gücləndirilməsinə kömək edir və mobil xidmətlərin mövcudluğunun və keyfiyyətinin artırılması üçün mövcud radiotezlik spektr ehtiyatlarından istifadəni dəstəkləyir.

Regional Rouminq Razılaşması (RRA), altı Şərq tərəfdaşlıq ölkəsi arasında qanunvericilik bazasının uyğunlaşdırılmasını və rouminq qiymətlərində əhəmiyyətli endirimlər təmin edəcək. Bununla da, rabitə şəbəkələri rouminq müştərilərinə regiondakı daha sərfəli rouminq xidmətlərindən istifadə etməyə imkan verəcək. “EU4Digital” proqramının rouminqə dair tədqiqatının (2019) nəticələrinə əsasən rouminq tariflərinin 80 faizdən çox ucuzlaşması gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev – 2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb