CƏMİYYƏT


Regional seminarda ərzaq təhlükəsizliyi və yoxsulluğun azaldılması müzakirə olunub

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfat Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə subregional ofisi, FAO-nun Türkiyə və Azərbaycandakı nümayəndəliyinin birgə fəaliyyəti çərçivəsində regional seminar keçirilib. Seminarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistandan rəsmi şəxslər bir araya gəliblər.

AZƏRTAC xəbər verir ki, tədbir zamanı sessiyalarda kənd təsərrüfatı, meşə təsərrüfatı, təbii sərvətlər, səhralaşma, ərzaq təhlükəsizliyi və yoxsulluğun azaldılmasına dair birgə fəaliyyətlər müzakirə olunub. Seminarda FAO-Türkiyə Tərəfdaşlıq Proqramının həyata keçirildiyi benefisiar ölkələrdəki kənd təsərrüfatı, qida və təbii ehtiyatların idarə edilməsi sahələrində mövcud məsələlərə toxunulub.

Bildirilib ki, Türkiyə ilə FAO-nun uzunmüddətli tərəfdaşlığı nəticəsində Mərkəzi Asiya və Qafqazda olan benefisiar ölkələr kənd təsərrüfatının, qida və təbii ehtiyatların düzgün idarə edilməsinə dair böyük töhfələr əldə edib. Qeyd olunub ki, proqram çərçivəsində regionda yer alan ölkələrlə yanaşı, Azərbaycanda da bir neçə layihə həyata keçirilir. Bu günə qədər yeni ölkələrin iştirakı və yeni mövzuların daxil edilməsi ilə Türkiyənin Proqrama ümumi töhfəsi 30 milyon ABŞ dollarına çatıb. Hazırda proqram iki moduldan ibarətdir: FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatı üzrə Tərəfdaşlıq Proqramı və FAO-Türkiyə Meşə Tərəfdaşlığı Proqramı. Proqrama balıqçılıq, meşə təsərrüfatı, ərzaq təhlükəsizliyi, qida təhlükəsizliyi, ərzaq itkisi və tullantıları və digər geniş mövzuları əhatə edən 19 layihə daxildir.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.