MƏDƏNİYYƏT


Regional turizm şuralarının yaradılması nəzərdə tutulur

Regional turizm şuralarının yaradılması nəzərdə tutulur

Bakı, 8 dekabr, AZƏRTAC

Turizm sektorunun idarəetmə çərçivəsinin daha da təkmilləşdirilməsi üçün regional turizm şuralarının yaradılması nəzərdə tutulur.

Turizm sektorunda tənzimlənmə çərçivəsinin inkişafı üçün mehmanxanalara münasibətdə ulduz tələbinin tətbiqi, turizm şirkətlərinə münasibətdə mülki məsuliyyət sığortası mexanizminin tətbiqi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Azərbaycan Turizm Sammiti 2022”də səsləndirib.

Onun sözlərinə görə, “Turizm haqqında” Qanunun qəbul edilməsini bu dövr üçün turizm sektorunun əsas uğurlarından biri kimi qeyd etmək olar:

“Yeni Qanun turizm sahəsinin hüquqi-institusional tənzimlənməsi istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir. İnanırıq ki, Qanunda qeyd olunan məqamların işlək mexanizmlərinin tam hazır olmasından sonra sənaye iştirakçıları müsbət dəyişiklik və inkişafı müşahidə edəcəklər”.

F.Nağıyev əlavə edib ki, “Turizm haqqında” Qanuna əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana - hotel fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz sertifikatı əldə etməlidir. Bu, hotelçilik sənayesinin inkişafında yeni bir mərhələ deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.