MƏDƏNİYYƏT


Regionlarda abidə mühafizəçiləri üçün növbəti səyyar seminar-treninqlərə başlanılıb

Bakı, 10 iyul, AZƏRTAC

Mədəniyyət nazirinin yay seminar- treninqlərinin keçirilməsi haqqında müvafiq əmrinin icrası ilə bağlı Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə Şəmkir regional mədəniyyət idarəsində abidə mühafizəçiləri üçün növbəti səyyar seminar-treninqə start verib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iyulun 10-dan etibarən 40 saatlıq tədris planı əsasında təşkil olunan seminar-treninqdə əhatə olunan rayonlar üzrə 31 nəfər abidə mühafizəçisi iştirak edir.

Treninqdə müzakirə olunan mövzular mədəniyyət haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri, eyni zamanda, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanun və bu qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi ,tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı, abidələrin pasportlaşdırılması, siyahıya alınması və digər məsələləri əhatə edir.

Treninqə mütəxəssis-müəllim olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu, tarix elmləri üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov da cəlb olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.