CƏMİYYƏT


Regionlarda endokrinoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür

Bakı, 14 may, AZƏRTAC

Regionlarda endokrinoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, təşkilinə nəzarət məqsədi Respublika Endokrinoloji Mərkəzin ixtisaslı həkim-mütəxəssislərinin Qax, Zaqatala, Qazax, Ağstafa şəhərlərinə və Naxçıvan Muxtar Respublikasına səfərləri baş tutub.

AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə istinadla bildirir ki, səfər zamanı rayon mərkəzi xəstəxanalarında endokrinoloji kabinetlərin fəaliyyətinin, xəstələrə təşkil edilən tibbi xidmətinin ümumi dəyərləndirilməsi, həmçinin mürəkkəb, ağır xəstələrin qəbulu, onlara konsultativ-diaqnostik yardımların təşkili icra edilib.

Həmçinin xəstəxanaların endokrinoloqları və müxtəlif ixtisaslı mütəxəssislərinə şəkərli diabetin fəsadları, müasir müalicə üsulları, insulin analoqlarının istifadəsi haqqında mühazirələr oxunub, “Xəstələrin ayağa qulluqla hipoqlikemiyanın idarəolunması" mövzusunda təlimlər keçirilib.

Bununla yanaşı, ümumtəhsil məktəblərdə endokrinoloji patologiyaları olanların erkən aşkarlanması, qeydiyyata alınması, müalicə prosesinə cəlb olunması təmin edilib.

Eyni zamanda layihə çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Respublika Endokrinoloji Mərkəzinin poliklinika şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Nərminə Hüseynova “Şəkərli diabetin müasir diaqnostikası və müalicəsinin idarə olunması” mövzusunda təqdimatla çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.