İQTİSADİYYAT


Regionlarda ictimai nəqliyyatın hərəkətinə ciddi nəzarət olunacaq

Bakı, 16 oktyabr, AZƏRTAC

Regionlarda ictimai nəqliyyatın hərəkətinə ciddi nəzarət ediləcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZƏRTAC-a bildirilib ki, bəzi regionlarda epidemiyanın yayılma sürəti artdığı üçün müvəqqəti həftəsonları ictimai nəqliyyatın dayandırılması zərurəti yaranıb. Qalan günlərdə ictimai nəqliyyatın hərəkətinə xidmət tərəfindən ciddi nəzarət ediləcək. Belə ki, avtobusların salonlarında dezinfeksiyaedici məhlulların mütəmadi qoyulması və tibbi maskalardan istifadəyə xüsusi diqqət ayrılıb. Avtobusların gündəlik dezinfeksiya olunması ilə bağlı tələbin icrasına nəzarətin gücləndirilməsi məqsədilə xüsusi monitorinq qrupu yaradılıb.

Qeyd edək ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında oktyabrın 17-də saat 00:00-dan oktyabrın 19-da saat 06:00-dək, oktyabrın 24-də saat 00:00-dan oktyabrın 26-da saat 06:00-dək və oktyabrın 31-də saat 00:00-dan noyabrın 2-də saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.