İQTİSADİYYAT


Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Telefon Rabitəsinin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı və “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə regionlarda informasiya texnologiyaları (IT) sahəsində təlimçilərin hazırlanmasına başlanıb.

RİNN-dən AZƏRTAC-a bildirilib ki, təlimin əsas məqsədi ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən IT mütəxəssislərinin təlimçilik bacarıqlarını yüksəltmək və regionlarda peşəkar IT təlimçilərinin sayını artırmaqdır. Bu təlimləri uğurla başa vuracaq mütəxəssislərin “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin regional təlimlərinə təlimçi qismində cəlb edilməsi nəzərdə tutulur.

Təlimdə Gəncə, Naxçıvan, Şərur, Mingəçevir, Şəki, Zaqatala, Lənkəran, Şamaxı, Qazax, Şirvan, Ağdaş, Göyçay, Qəbələ, İmişli şəhərlərində yaşayan və müəyyən edilmiş tələblərə cavab verən şəxslər iştirak ediblər.

Bir ay müddətində intensiv formada keçiriləcək təlimdə iştirakçılara IT əsasları (IT texnik) üzrə təlimçilik bacarıqları öyrədiləcək. Əsas hissəsi onlayn, yekun hissəsi isə Bakıda təşkil olunacaq təlimi uğurla bitirən şəxslər “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təlimçilik sertifikatı ilə təltif ediləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.