CƏMİYYƏT


Regionlarda məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlər davam edir

Bakı, 11 may, AZƏRTAC

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə Qax Rayon Heydər Əliyev Mərkəzində görüş keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Qax, Balakən, Zaqatala, Oğuz rayon və Şəki şəhər İcra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri iştirak edib.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışıb. O, bu istiqamətdə bələdiyyələrin imkanlarından istifadə olunmasının vacibliyini vurğulayıb.

Görüşdə iştirak edən monitorinq qruplarının sədrləri öz çıxışlarında baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumatlar veriblər.

Sonra Qax rayon Peşə Liseyində təhsil alan gənclər və müəllimlər üçün Dövlət Komitəsinin hüquqi-təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə tərəfindən “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda təlim keçirilib.

Təlim zamanı iştirakçılara mövzu ilə əlaqədar ətraflı məlumat verilib, məişət zorakılığının qarşısının alınması zamanı qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.