ELM VƏ TƏHSİL


Regionlarda metodik xidmətin mövcud vəziyyəti öyrənilir

Bakı, 4 iyun, AZƏRTAC

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, mayın 31-dən iyunun 4-dək Sabirabad, Saatlı, İmişli, Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd, Laçın, Ağdam, Bərdə, Tərtər və Naftalan üzrə metodik kabinetlərin əməkdaşları ilə görüşlər keçirilib. MDM-in əməkdaşları həmin rayon və şəhərlərdə 100-ə yaxın metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar. Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyaclar qeyd edilib.

MDM-in nümayəndələri səfər zamanı Bərdə şəhərində təhsil şöbəsinin və metodik kabinetin əməkdaşları ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu formatda görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.