MƏDƏNİYYƏT


“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsinin icrasına başlanılıb

Bakı, 17 noyabr, AZƏRTAC

“Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyi tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olub. “Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” adı altında layihənin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, layihənin ərsəyə gəlməsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının alim heyəti, musiqi xadimləri yaxından iştirak edir.

Layihə çərçivəsində xalq artistləri Zümrüd Məmmədova (xanəndə), Ramiz Quliyev (tar), Əməkdar incəsənət xadimi Arif Əsədullayev (kamança) ixtisas fənlər üzrə region müəllim və şagirdlərə onlayn ustad dərsləri keçəcəklər. Bununla ustad ifaçılar regionlarda yaşayan istedadlı gənclərimizə onlayn musiqili ustad dərsləri, təlimlər keçməklə onların yaradıcılığına dəstək olacaq.

Layihə çərçivəsində Azərbaycanın musiqi məktəbləri vasitəsilə ətraf rayon və kəndlərdən digər istedadlı musiqiçilər də onlayn dərslərə cəlb ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.