CƏMİYYƏT


“Regionlarda qadınların maliyyə savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına başlanılıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Gənc Mühasiblər İctimai Birliyinin “Regionlarda qadınların maliyyə savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına başlanıldı.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi ölkə iqtisadiyyatına və ölkəmizdə qadınların, həm də gənc qızların maliyyə savadlılığının artırılmasına dəstək göstərməkdir. Bu məqsədlə Lənkəran, Masallı və Biləsuvar rayonlarında təlimlərin keçirilməsi nəzərdə tutulur.

Layihə nəticəsində rayonlarda qadın qrupunun maliyyə savadlılığı kifayət qədər artacaq, bu da onların öz maliyyə planlamasının qurulmasının, maliyyəyə dair digər fəaliyyətlərinin inkişafına gətirib çıxaracaqdır, sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə dəstək göstəriləcək, sahibkar kimi fəaliyyət göstərməyə sövq edəcəkdir.

Sahibkar qadınlar və yeni sahibkarlıq fəaliyyətinə başlamaq istəyən regionda yaşayan qadınlar dəstəklənəcək. KİV vasitəsilə layihə barədə ictimaiyyətə məlumat çatdırılacaq.

Layihə noyabrın 1-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.