İQTİSADİYYAT


Regionlarda yeni turizm marşrutlarının yaradılması və təşviqinə dəstək göstərən layihələr davam edir

Bakı, 22 yanvar, AZƏRTAC

“DAIR” Hotellər və Restoranlar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Turizm və Qonaqpərvərlik Tədris Mərkəzinin ekspertləri “Gəncə-Qazax iqtisadi rayonunun yerli və regional inkişafına dəstək” layihəsində iştirak edirlər. Bu layihə Avropa Birliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında bağlanmış müqaviləyə əsasən, 2017-ci ilin yanvar ayından etibarən fəaliyyətdədir.

Bu barədə AZƏRTAC-a “DAIR” Hotellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi məlumat verib.

Onun sözlərinə görə, layihənin məqsədi yerli səlahiyyətli orqanların idarəetmə və ərazi planlama bacarıqlarının artırılmasına və təkminlləşdirilməsinə dəstək olmaqla regional inkişafı gücləndirməkdir.

“Əsas tərəfdaş İqtisadiyyat Nazirliyi olmaqla, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr də bu layihədə fəal tərəfdaşlar sırasındadır. Bununla əlaqədar olaraq, Gəncə-Qazax iqtisadi rayonunda “Yerli və regional inkişafa dəstək” layihəsi çərçivəsində Daşkəsən, Tovuz və Gədəbəy rayonlarının əsrarəngiz turizm potensialının səmərəli istifadəsi üçün, habelə turizm fəaliyyətinin səmərəli və uyğun icra olunması məqsədilə planlama, idarəetmə, monitorinq, təbliğat və təşviqat, yeni turizm məhsullarının və marşrutlarının yaradılması istiqamətində dəstək xarakterli silsilə təlim proqramlarına artıq başlanılıb. Təlim proqramı Dövlət Turizm Agentliyinin apardığı ölkə üzrə ümumi turizm strategiyasına uyğun şəkildə planlaşdırılıb və uğurla icra olunur”, - deyə S.Dübəndi söyləyib.

O əlavə edib ki, təlim proqramları “Turizm konsepsiyası”, “Kənd turizmi”, “Turizm məhsullarının yaradılması”, “Turizmdə menecment”, “Turizm resursları”, “Kənd təsərrüfatı məhsullarının turizmdə istifadə edilməsi”, “Yerli turizm səfirləri konsepti” və “Turizm destinasiyalarının idarə edilməsi” kimi mövzuları əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.