CƏMİYYƏT


Regionların daha da inkişafı üçün gənclərin üzərinə böyük məsuliyyət düşür

Bakı, 22 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Lənkəran şəhərində gənclərlə görüşüb.

Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə B.İslamov gənclərin təhsil səviyyəsinin, bilik və bacarıqlarının daha da yüksəldilməsinin vacibliyini bildirib. Qeyd edib ki, gənclərimiz təhsil almaqla bərabər, həm də ictimai fəaliyyətlə məşğul olmağa daha böyük maraq göstərməlidirlər. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarımızda gənclərimizin inkişafı və asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif təyinatlı infrastrukturlar yaradılıb. Gənclərimiz bu imkanlardan geniş şəkildə yararlanaraq öz təşəbbüslərini reallaşdıra bilirlər.

B.İslamov bu bölgədən olan gənclərin ölkəmizin ictimai həyatında xüsusi fəallığa sahib olduğunu bildirərək, onların üzərinə regionun daha da inkişaf etdirilməsi üçün böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, keçirilən görüşün məqsədi də məhz onların fikirlərini öyrənərək, həyata keçirilən tədbirlərin effektivliyini təmin etməkdir.

Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.