QAN YADDAŞI


Rəhim Allahverdiyev: Vətən övladlarının xatirəsi xalqımız tərəfindən uca tutulur

Bakı, 20 yanvar, Leyla Qurbanova, AZƏRTAC 

20 Yanvar faciəsini ürəkağrısı ilə xatırlasaq da, bu tarixi, eyni zamanda, Azərbaycan xalqının şanlı günü kimi qeyd edirik. Xalqımız həmin gün üstünə şığıyan tanklardan, sinəsinə tuşlanan güllələrdən qorxmayıb meydanda azadlığını, müstəqilliyini tələb etdi. 1990-cı ilin 20 Yanvar günü şəhid olan cəsur oğul və qızlarımız ölümün gözünə dik baxıb “Vətən sağ olsun!”, - dedilər. Vətən övladlarının xatirəsi xalqımız tərəfindən uca tutulur. Şəhidlər xiyabanına axışan milyonlarla insan onların xatirəsini dərin ehtiramla yad edir.

Bu sözləri Şəhidlər xiyabanına ziyarətə gələn boks üzrə məşqçi, Əməkdar məşqçi Rəhim Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib. O, 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq əzmini nümayiş etdirdiyini vurğulayıb. “Bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda yaşayıb-yaradan gənc nəsil müstəqilliyimizin necə çətin şəraitdə əldə olunduğunu bilməlidir. Onlar bilməlidirlər ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr ötən əsrdə xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycanlıların Ermənistan ərazisindəki ata-baba yurdlarından qovulmaları, ermənipərəst qüvvələrin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı bu siyasətin mərhələləridir. Şəhidlər xiyabanı xalqımızın and yeridir”, - deyə R.Allahverdiyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.